İspaniya millisinin üzvü komandasını dəyişmək istəmir

11:33 - 16 Sentyabr 2026

İspaniya millisinin üzvü Markos Lyorente “Atletiko”də qalmaq niyyətindədir.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçiyə Madrid klubundan yeni müqavilə təklifi gəlib.

Onun “Atletiko” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Yeni müqavilə isə 2 illik nəzərdə tutulub. Lyorente “Real”, “Alaves” klublarında çıxış edib.
 

Xəbər xətti