Braziliya millisinin sabiq üzvü "Santos"da - RƏSMİ

12:57 - 15 Sentyabr 2026

Braziliyalı futbolçu Filippe Koutinyonun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, 34 yaşlı oyunçu karyerasını ölkəsində davam etdirəcək.

Koutinyo "Santos"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli hücumameyilli yarımmüdafiəçisi ilə bu ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Filippe Koutinyo son olaraq "Vasko Da Qama"nın formasını geyinib. Braziliya millisinin sabiq üzvü daha əvvəl "İnter", "Liverpul", "Barselona", "Bavariya" kimi klublarda çıxış edib.

Xəbər xətti