"Şamaxı"nın sabiq futbolçusu, Tanzaniya millisinin üzvü Alfons Msanqa karyerasını Əlcəzairdə davam etdirəcək.
27 yaşlı müdafiəçi bu ölkənin "Kabilye" klubuna transfer olunub. Msanqa Sportal.az saytına müsahibəsində Azərbaycandan ayrılmaq qərarından, "Kabilye"yə keçidindən danışıb:
"Bəli, mən də mühitimi dəyişmək istəyirdim. Digər ölkələrdən “Şamaxı”dakı şərtlərdən daha yaxşı təkliflər almışdım. Buna görə də özüm üçün daha yaxşı variantı seçmək qərarına gəldim. Sonda da ayrılıq baş tutdu. Azərbaycandan da təkliflərim olmuşud. Lakin onlar tam olaraq axtardığım variantlar deyildi. Eyni zamanda, başqa ölkədə yeni çağırış arxasında getmək istəyirdim".
O, Əlcəzair klubunu seçməsinə bu cür münasibət bildirib: "Kabile" təkcə Əlcəzairin deyil, Afrikanın da böyük klublarından biridir. Klubun loqosunda 7 ulduzu var və bu da onun nə qədər böyük tarixə sahib olduğunu göstərir. Mənə təqdim etdikləri layihəni çox bəyəndim və burada olmaqdan məmnunam. Onlar məni uzun müddət idi ki, izləyirdilər. Həm milli komandada, həm də "Şamaxı"dakı çıxışımı diqqətdə saxlayıblar, oradakı oyunlarımı da görüblər. Ona görə də sonda məni transfer etmək istədilər".
Mirbağırağa
saytlarin hazirlanmasi
