"Onlar çox danışırlar və tamamilə fərqli dövrdə yaşayıblar" - Amorimdən "Mançester Yunayted" əfsanələrinə tənqid

18:54 - 12 Sentyabr 2026

“Milan”ın baş məşqçisi Ruben Amorim “Mançester Yunayted”in sabiq futbolçularının tənqidləri barədə fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Old Trafford”da işlədiyi dövrü xatırlayıb. Həmin vaxt onu Qari Nevill, Roy Kin, Pol Skoulz və klubun digər sabiq futbolçuları mütəmadi olaraq tənqid edirdilər.

“Əvvəllər çoxlu əfsanələrin olduğu klubda çalışmışam. Onların fikirləri kifayət qədər təsirlidir və müxtəlif məsələlər barədə çox danışırlar. Amma onlar tamamilə fərqli dövrdə yaşayıblar”, – Amorim deyib.

Qeyd edək ki, Amorimin rəhbərliyi altında “Mançester Yunayted” Premyer Liqa tarixində klubun ən pis nəticəsini göstərib. Komanda onun rəhbərliyi ilə bütün turnirlərdə keçirdiyi 63 oyunda 24 qələbə qazanıb.

Xəbər xətti