La Liqada ötən ayın ən yaxşı futbolçusu bəlli oldu

23:34 - 11 Sentyabr 2026

“Barselona”nın hücumçusu Rafinya avqust ayında La Liqanın ən yaxşı futbolçusu seçilib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu ötən ay keçirdiyi 3 oyunda 5 qol vurub. O, “Elçe” (5:0) və “Rayo Valyekano” (5:2) ilə matçların hər birində dubl edib, “Atletik”lə görüşdə (2:0) isə bir qola imza atıb.

Səsvermədə Rafinya “Real”ın futbolçusu Cud Bellinqemi, “Atletiko”nun oyunçusu Aleks Baenanı, “Deportivo”nun hücumçusu Pyer-Emerik Obameyanqı və “Alaves”in futbolçusu Nauel Tenalyanı geridə qoyub.

Xəbər xətti