"Bu il “Qızıl top”u qazanmaq üçün əla imkanım var"

23:23 - 9 Sentyabr 2026

Kilian Mbappe bu mövsüm Çempionlar Liqasını qazanmaq istəyir.

Sportal.az xəbər verir ki, Madrid klubunun hücumçusu CBS Sports-un efirində maraqlı fikirlər səsləndirib:

“Bu, məqsəddir, vəzifədir. “Qızıl top”la bağlı dediyim də məhz bu idi, amma Çempionlar Liqası daha vacibdir. Mən arzuladığım klubda oynayıram.

Mənim üçün burada, Madriddə Çempionlar Liqasını qazanmaq çox vacibdir. Dünyada ən çox istədiyim şey budur. Amma əlbəttə, bu il “Qızıl top”u qazanmaq üçün də əla imkanım olduğunu düşünürəm. Mənim üçün bu, yaxşı ildir.

Komandanın perspektivləri barədə danışmaq üçün hələ çox tezdir. Biz Çempionlar Liqasında yenicə mübarizəyə başlamışıq və ilk oyunda qələbə qazanmışıq. Amma əlbəttə, xüsusi nəticələr əldə etmək istəyirik. Biz bütün dünyanın ən güclü komandaları ilə rəqabət apara biləcək kollektiv, komanda olmaq istəyirik. Bilirik ki, ötən il Çempionlar Liqasında bizim üçün asan olmadı. “Real”da hər zaman zirvədə olmaq lazımdır. Ümid edirəm ki, bu il istədiyimiz yerə çatmaq üçün vahid kollektiv kimi mübarizə aparacağıq”.

Xəbər xətti