İngiltərə klubunun məşqçisi, Azərbaycan çempionu, kubokunun sahibi - Premyer Liqamızda 5-ci yamaykalı

13:19 - 9 Sentyabr 2026

Yamayka futbolu deyəndə ilk ağla gələn, şübhəsiz ki, sürət və atletizmdir. Azərbaycan Premyer Liqasında isə bu ölkənin futbolçularının sayı heç vaxt çox olmayıb. Amma maraqlı bir statistika var: indiyədək çempionatımızda forma geyinmiş bütün yamaykalılar eyni zamanda ölkələrinin milli komandasında da çıxış ediblər. Uzun müddət bu siyahıda cəmi dörd futbolçunun adı var idi. Bu yay isə “Qarabağ”ın Renaldo Sefası heyətinə qatması ilə rəqəm 5-ə yüksəldi. Yamaykalı futbolçu Misli Premyer Liqasının ilk turunda “Şamaxı” ilə matçda debüt etdi. “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatan görüş Sefas üçün ikiqat əlamətdar oldu: o, həm Azərbaycan çempionatında ilk oyununa çıxdı, həm də debütünü qolla qeyd etdi. Beləcə, Sefas Azərbaycanda oynamış yamaykalıların siyahısına qoşuldu. Ondan əvvəl isə çempionatımızda 4 yamaykalı çıxış etmişdi. Sportal.az sizə Premyer Liqamızdakı yamaykalıları xatırladacaq: 

Akeem Prestli

Azərbaycan Premyer Liqasına ilk ayaq basan yamaykalı Akeem Priestley olub. 2009-cu ildə o vaxt Premyer Liqada çıxış edən “Muğan” uzaq Karib hövzəsindən futbolçu transfer etmək qərarına gəlmiş və Priestleyni komandaya gətirmişdi. Yamaykalı futbolçu ölkəsinə “Harbour View” klubundan gəlmişdi. Priestley Azərbaycanda az oynamadı, amma daha çox zahiri görünüşü ilə yadda qalmışdı.  danışılarkən hallanırdı. Premyer Liqamızın tarixində ilk yamaykalı kimi tarixə düşən Akeem 41 yaşında Kanada da çıxış edən “Masters Football Academy”nin formasını geyinir. Beləliklə, Azərbaycan Premyer Liqasında yamaykalıların tarixini başlayan futbolçu 17 il sonra da yaşıl meydanlardadır.

Deon Barton 

Yamaykalıların növbəti nümayəndəsinin hekayəsi isə daha maraqlıdır. Deon Barton 2010-2012-ci illərdə “Qəbələ”nin formasını geyinib. Onun Azərbaycana gəlməsində klubun həmin dövrdəki baş məşqçisi Toni da rolu olub. Barton “Qəbələ”dəki ikiillik karyerası ərzində özünü yaxşı tərədən göstərə bilmişdi. Yamaykalı hazırda “Vest Bromviç”in ikinci komandasında məşqçi kimi işləyir. O, Yamayka millisində də kifayət qədər zəngin təcrübəsi olan forvard milli formanı 62 dəfə geyinib, 13 qola imza atıb.

Andre Klennon 

Azərbaycan Premyer Liqasında çıxış edən digər yamaykalı Andre Klennon olub. O, “Keşlə”nin (indiki “Şamaxı”) formasını geyinib. Klennon Azərbaycan macərasından sonra yenidən vətənində çıxış edir, “Spanish Town” klubunun formasını geyinir. Onun hekayəsi digər həmvətənlərindən bir qədər fərqlidir. Priestley Azərbaycan futbolunda ilk yamaykalı kimi, Barton sonrakı məşqçilik fəaliyyəti ilə, Parris isə qazandığı titullarla seçildiyi halda, Klennon ölkəmizdə qısa müddətli legioner həyatı yaşayan futbolçulardan biri kimi yadda qalıb.

Kaheem Parris 

Sefasdan əvvəl Azərbaycan Premyer Liqasında çıxış etmiş sonuncu yamaykalı isə Kaheem Parrisdir. Onun Azərbaycandakı hekayəsi digər həmvətənləri ilə müqayisədə daha parlaqdır. Parris 2024-cü ildən “Sabah”ın formasını geyinir. Azərbaycana gəlməzdən əvvəl “Domjale”, “Koper” və “Dinamo” (Kiyev) kimi klublarda çıxış edib. “Sabah”da isə Parris ciddi nəticələr əldə edib. O, 2024/2025 və 2025/2026 mövsümlərində Azərbaycan kubokunu qazanıb, 2025/2026 mövsümündə isə “Sabah”la Azərbaycan çempionluğuna da sahib çıxıb. O, komandasının heyətində Çempionlar Liqasının liqa mərhələsində də “Mançester Yunayted”, “Arsenal”, “Barsleona”, “Napoli” kimi komandalara qarşı oynamaq şansına sahibdir. 

Mirbağırağa
 

Xəbər xətti