"Nəticələrimiz fəlakət həddindədir, amma narahat deyiləm" - Luis Enrike

22:26 - 8 Sentyabr 2026

Luis Enrike PSJ-nin Çempionlar Liqasında ardıcıl üçüncü qələbə uğrunda mübarizəyə hazır olması barədə danışıb.

Sportal.az xəbər verir ki, Enrike öz açıqlamasında bunları qeyd edib:

“Hamı bizə qarşı oynamağa çıxanda həyəcanlı və motivasiyalı olur. Biz bunu qəbul etməli və rahatlıq zonamızdan çıxmalıyıq. Mən hər gün özümüzü yenidən kəşf etməyin vacibliyini göstərməyə hazıram.

Yalnız nəticələrə baxsaq, mövsümün başlanğıcı fəlakət həddindədir. Amma məşqçi meydanda baş verən hər şeyi necə qiymətləndirməyi və dəyərləndirməyi bilir. Üzərində işləməli olduğumuz çox şey var, amma hesab edirəm ki, daha çox xal toplamağa layiqik. Rəqiblər qapıya zərbələr endirəndə həmişə bəxtimiz gətirmirdi. Çox yaxşı qollar buraxmışıq. Mən narahat deyiləm.

Mövsümün sonunda nəyə layiq olduğumuzu görəcəyik. Sakitəm, amma daha da inkişaf etməliyik”.

Xəbər xətti