"İnter" gənc hücumçu ilə müqavilə müddətini artırdı

12:49 - 7 Sentyabr 2026

"İnter" Françesko Pio Espozitonu buraxmayıb.

Sportal.az xəbər verir ki, gənc hücumçuya təkliflər olsa da, “nerazzura”nı tərk etməyib.

Onun müqavilə müddəti artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2005-ci il təvəllüdlü hücumçu 2032-ci il iyunun 30-na qədər “İnter”ə məxsus olacaq. 

Bu mövsüm 21 yaşlı Françesko Pio Espozito Seriya A-da üç oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.
 

Xəbər xətti