"Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün bizim üçün yaxşı oyundan daha vacibi qələbə idi. Sırf psixoloji cəhətdən deyirəm. Pis oynamadıq. Amma məqamlar var ki, üzərində işləməliyik".
Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 4-cü turunun "Sumqayıt"a(2:1) qarşı keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Qələbə qazansanız da, azarkeşlər narazı idi. Nəticələr sizi də narahat edir?
- Çempionat uzundur, nəsə haqda indidən danışmaq tezdir. Mövsümün sonunda vəziyyətə baxarıq.
- Aleks Serranonun zərbəsi zamanı topun qapıdan keçib-keçmədiyi müzakirə edildi. Sizcə, həmin epizodda top qapıdan keçmişdi?
- Hakimlərin işinə qarışmaq istəmirəm. Bugünkü epizodda qol olduğunu hiss etmədim. Ötən oyunda hiss etmişdimsə, bu dəfə hiss etmədim və qol olduğunu deyə bilmərəm.
Mirbağırağa
saytlarin hazirlanmasi
