"İkinci oğlum Bakıda dünyaya gəlib, Azərbaycanı heç vaxt unutmayacam" - "Neftçi"də oynamış braziliyalı

13:18 - 6 Sentyabr 2026

"Qəbələ", "Neftçi" və "Araz-Naxçıvan" klublarının formasını geyinmiş, hazırda isə Malayziyada oynayan Ramon Maçado Sportal.az saytına müsahibə verib.

- Malayziyanın "Star City" klubuna keçdiniz. Azərbaycanda qalmaq istəmirdiniz, yoxsa təklif almamışdınız?

İlkin danışıqlarım Azərbaycandakı klublarla olmuşdu. Lakin rəsmi təklif almadım. Malayziyaya qayıtmaq qərarına gəldim. Çünki bu, o vaxtkı ən yaxşı təklif idi. Eyni zamanda bu, ailəliklə birlikdə sevdiyimiz ölkə idi. 

- Malayziya Azərbaycandan daha yaxşıdırmı? Futbol baxımından, yaşayış baxımından...

Malayziya gözəl ölkədir. Biz Azərbaycanı da çox sevirik, Malayziyanı da. Ailəm həm burada xoşbəxtdir, həm də Azərbaycanda xoşbəxt idi. 

- "Neftçi", "Qəbələ", "Araz-Naxçıvan" klublarında oynamısan. Hansı sənin üçün daha yaddaqalandır? 

Hamısı fərqli klublar və fərqli vəziyyətlərdir. Mən “Qəbələ”də Azərbaycan kubokunu qazanmışdım. “Neftçi”nin təqdimata ehtiyacı yoxdur, nəhəng bir klubdur. “Araz-Naxçıvan”la isə tarixində ilk dəfə Avropa yarışlarına getmişdik. Hamısı da maraqlı və yaddaqalandır. 

- Bu üç klubdan hansına qayıtmaq istərdiniz? Hansı sizin üçün xüsusidir?

Hər üç klub xüsusidir. Ailəm və mən Bakını əbədi xatırlayacağıq. Orada çox xüsusi anlar yaşadıq. İkinci oğlum Bakıda dünyaya gəlib. Mən o ölkəni heç vaxt unutmayacam.

- “Sabah" "Qarabağ"ın hegemonluğuna son qoydu. Sizcə, keçmiş komandaların arasında daha iddialı görünən “Neftçi” də eyni uğuru qazana biləcək? 

“Neftçi” nəhəng klubdur. Onun “Sabah” və “Qarabağ” səviyyəsində olmaq potensialı var. Ümid edirəm ki, buna nail ola biləcəklər.

Mirbağırağa
 

Xəbər xətti