Azərbaycanda çempionluq yaşadı, yüksək liqa klubu ilə anlaşdı - FOTO

13:49 - 6 Sentyabr 2026

Ötən mövsüm “Şəfa”nın heyətində I Liqada çempionluq yaşamış Amir Ebrahimzadə özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, iranlı hücumçu ölkəsinə geri qayıdıb.

O, “Xeybar” klubu ilə anlaşıb.

İran yüksək liqasında yarışan Xorromabad təmsilçisi “Şəfa”dan ayrılan futbolçu ilə 1 illik müqavilə imzalayıb.


 

Xəbər xətti