"Sabah" rəqiblərini bu stadionda qəbul edəcək - Çempionlar Liqası

12:18 - 5 Sentyabr 2026

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını keçirəcəyi arena müəyyənləşib.

Sportal.az xəbər verir ki, Azərbaycan Çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Bununla bağlı məlumat UEFA-nın rəsmi saytında öz əksini tapıb.

Masazır təmsilçisi evdə "Slaviya" (Çexiya), "Borussiya" (Almaniya), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) ilə oynayacaq.

"Sabah"ın ev oyunlarının təqvimi:

II tur

13 oktyabr
20:45. "Sabah" – "Slaviya" (Çexiya)

III tur

20 oktyabr
20:45. "Sabah" – "Borussiya" (Almaniya)

V tur

25 noyabr
21:45. "Sabah" – "Barselona" (İspaniya)

VII tur

20 yanvar
21:45. "Sabah" – "Napoli" (İtaliya)

Xəbər xətti