Bu gün Misli Premyer Liqasında IV tura start verilib.
Sportal.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.
Turun açılış matçında “Qəbələ” azarkeşləri önündə “İmişli”ni qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər görüşdə “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı” ilə üz-üzə gəlib. Burada isə qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.
Misli Premyer Liqası
IV tur
4 sentyabr
18:00 "Qəbələ" - "İmişli" 2:1
Qollar: Kouya Mabea, 15, Kərim Rossi, 66 - Dioqo Almeeyda, 45+2
Qəbələ şəhər stadionu
20:15 "Kəpəz" - "Şamaxı" 1:4
Qollar: Desmond Akua, 56 - Tornike Axvlediani, 9, Uğur Cahangirov, 21, Ayman Buali, 63, Həbib İsmayılov, 76
Gəncə şəhər stadionu
