"Real" "İnter"dən daha statuslu klubdur, ona görə də indi o, daha yaxşı çıxış etməlidir" - sabiq niderlandlı futbolçu

00:53 - 5 Sentyabr 2026

Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder Denzel Dumfrisin “İnter”dən “Real”a keçidi barədə fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Sneyder öz açıqlamasında bunları qeyd edib:

“Real” səni çağırırsa, getməlisən. Bu, tamamilə başqa klubdur. İndi o, “İnter”də olduğundan daha yaxşı çıxış etməlidir, çünki “Real” daha statuslu klubdur.

Komandanın üzərində böyük təzyiq var, amma Dumfrisin müəyyən keyfiyyətləri var. “İnter” sayəsində o, yüksək səviyyəyə yüksəlib”.

Xəbər xətti