Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Orhan Ak çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssislə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Orhan Akın son iş yeri bu ilin aprelində ayrıldığı "Eyüpspor" olub.
saytlarin hazirlanmasi
