"Neftçi" "Şəfa" ilə oyuna itki ilə çıxacaq

15:57 - 5 Sentyabr 2026

"Neftçi" Misli Premyer Liqasının 4-cü turunda qarşılaşacağı “Şəfa” ilə matçın hazırlığı yekunlaşıb.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Müdafiəçi Elvin Bədəlov cəzalı olduğu üçün bu görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, “Palms Sports Arena”da keçiriləcək “Neftçi” - “Şəfa” matçı bu gün saat 20:30-də başlanacaq.

Xəbər xətti