Ulduz futbolçu millidəki karyerasını başa vurur

13:13 - 3 Sentyabr 2026

Edin Ceko Bosniya və Herseqovina milli komandasındakı gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, "Şalke"nin hücumçusu beynəlxalq karyerasını başa vurub. Bu barədə 40 yaşlı forvard özü məlumat yayıb.

Ulduz futbolçu UEFA Millətlər Liqasının İsveçlə matçından sonra yığma ilə vidalaşacaq. Qarşılaşma 2 oktyabr tarixində baş tutacaq.

Qeyd edək ki, Edin Ceko Bonsiya və Herseqovina seçməsinin heyətində 2007-ci ilin iyununda debüt edib. Təcrübəli hücumçu millinin forması ilə meydana çıxdığı 151 matçda 73 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti