Elmar Baxşıyev "Qəbələ"ni çalışdıracaq? - özü açıqladı

18:19 - 3 Sentyabr 2026

Kaxaber Tsxadadzenin ayrılığından sonra "Qəbələ"nin baş məşqçsinin kim olacağı hələ ki dəqiq deyil.

Amma hazırda bölgə klubunun sabiq baş məşqçisi Elmar Baxşıyevi geri qaytaracağı gözlənilir.

Bu məsələ ilə Baxşıyev Sportal.az saytına açıqlama verib. O, geri qayıtmaq ehtimalından bəhs edib:

"Açığı, hələ mənə "Qəbələ"dən rəsmi təklif gəlməyib. Ona görə nəsə deyə bilmərəm. Təbii ki, "Qəbələ" tanıdığım, bildiyim komandadır. Rəhbərliklə də yaxşı münasibətimiz var. Bu komandada işləmişik, kubok da qazanmışıq. Mənim üçün doğma komandadır. Lakin rəsmi təklif olmadığı, danışıqlar getmədiyi üçün nəsə deməyim doğru olmazdı. Zaman hər şeyi göstərər".

Qeyd edək ki, Elmar Baxşıyev 2020-ci ildən 2024-cü ilədək "Qəbələ"nin baş məşqçisi olub.

Mirbağırağa

Xəbər xətti