“Tottenhem” Riçarlisonu APL-in ilk yarısı üçün sifariş ərizəsinə daxil etməyib.
Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu London klubunun ölkə çempionatında çıxış edə biləcək futbolçuları sırasına salınmayıb. Riçarlisona bu barədə İngiltərədə transfer pəncərəsi bağlanmazdan əvvəl məlumat verilib.
Braziliyalı futbolçu 2022-ci ilin iyulunda 50+10 milyon funt-sterlinq qarşılığında “Everton”dan “Tottenhem”ə keçib. O, ötən mövsüm Premyer Liqada 32 oyuna çıxıb və 11 qol vuraraq “Tottenhem”in ən yaxşı bombardiri olub.
Daha əvvəl futbolçunun “Trabzonspor”la danışıqlar apardığı barədə məlumat yayılmışdı.
saytlarin hazirlanmasi
