"İnter"in kapitanı "Barselona"dan təklif aldığını etiraf etdi

15:42 - 3 Sentyabr 2026

Yay transfer pəncərəsi zamanı adı "Barselona" ilə hallanan "İnter"in kapitanı Lautaro Martines açıqlama verib.

Sportal.az xəbər verir ki, argentinalı hücumçu İspaniya çempionundan təklif aldığını etiraf edib:

​"Barselona"? Belə təkliflər və zənglər həmişə xoşdur. Sonda sən, bir futbolçu kimi, həmişə zirvədə qalmaq üçün çalışırsan. ​Bu, doğrudur, şayiələr həqiqətə uyğun idi. Lakin gələcəyimlə bağlı çox aydın təsəvvürüm var. "İnter"də, komanda yoldaşlarım və bu gözəl azarkeşlərlə birlikdə qalmaq istəyirdim. Əbədi olaraq burada qalardım. Onlar məni görmək istədikləri müddətdə komandada qalacağam.

​Mənim üçün "İnter"in oyunçusu olmaq qürurdur. Burada özümü xoşbəxt hiss edirəm və bu klubda oynamağa davam etmək istəyim var. ​Mənim yenə təkliflərim oldu, lakin yenə də burada qalmağa qərar verdim. "İnter"də böyük uğurlar qazanmaq istəyirəm".

Qeyd edək ki, "İnter" Lautaro Martinesi 2018-ci ilin yayında Argentinanın "Rasinq" klubundan trnasfer edib. 29 yaşlı forvard Milan təmsilçisinin heyətində meydana çıxdığı 378 rəsmi matçda 175 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti