UEFA Gənclər Liqasının əsas mərhələsində “Sabah” U-19 komandasının ev oyunlarını keçirəcəyi məkan müəyyənləşib.
Sportal.az xəbər verir ki, “bayquşlar” rəqiblərini Masazırdakı “Bank Respublika Arena”sında qəbul edəcək.
Konkret olaraq, Masazıra Çexiyanın “Slaviya” (13 oktyabr), Almaniyanın “Borussiya” (Dortmund)(20 oktyabr) və İspaniyanın “Barselona” (25 noyabr) klubları təşrif buyuracaq.
Xatırladaq ki, “Sabah”ın qarşıda “Mançester Yunayted” (10 sentyabr), “Vikinq” (4 noyabr) və “Vilyarreal” (8 dekabr) komandalarına qarşı səfər görüşü var.
