"Barselona"nın ötən mövsüm rekord gəliri

23:42 - 3 Sentyabr 2026

"Barselona” 2025/26 mövsümündə rekord gəlir əldə edib.

Sportal.az xəbər verir ki, Direktorlar Şurası “blauqrana” üzvlərinin ümumi toplantısı ərəfəsində bildirib ki, klub bir sıra məhdudiyyətlərlə, o cümlədən “Kamp Nou”nun təmiri ilə əlaqədar çətinliklərlə üzləşməsinə baxmayaraq, ardıcıl üçüncü mövsümdür əməliyyat fəaliyyətindən müsbət nəticələr əldə edib.

Kataloniya klubu ötən mövsüm rekord məbləğdə gəlir əldə edib, ilk dəfə 1 milyard avro həddini keçib. Bu nailiyyət əsasən stadiondan istifadədən əldə olunan gəlirlərin artımı ilə bağlıdır.

Bəyanatda deyilir: “Bu, “Kamp Nou” tam istifadəyə verildikdən sonra onun gələcəkdə böyük potensiala malik olduğunu təsdiqləyir. Rekord gəlirlərə töhfə verən digər amillər isə sponsorluq gəlirlərinin davamlı artması və klubun atributikasının törəmə şirkət BLM vasitəsilə satışından əldə olunan rekord dövriyyə olub”.

Xəbər xətti