"Sabah"ın rəqibində ayrılıq

19:55 - 4 Sentyabr 2026

UEFA Çempionlar Liqasında "Sabah"ın rəqiblərindən olan "Slaviya"da ayrılıq reallaşıb.

Sportal.az xəbər verir ki, Praqa təmsilçisi Denis Halinskini icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı mərkəz müdafiəçisi “Pardubitse”yə keçib. O, mövsümün birinci yarısında Çexiyanın yüksək liqa klubunun formasını geyinəcək.

Qeyd edək ki, "Sabah"ın "Slaviya" ilə oyunu oktyabrın 13-də Bakıda keçiriləcək.

Xəbər xətti