"Zirə"dən ayrıldı, bu ölkədə kubok qazandı - FOTO

19:22 - 3 Sentyabr 2026

"Zirə"nin ötən ay "Svay Rineq"ə satdığı Junior Martins artıq Kambocada ilk titulunu qazanıb.

Sportal.az xəbər verir ki, braziliyalı yeni klubunun heyətində super kuboka sahib çıxıb. 

Martinsin komandası həlledici görüşdə "Visaxa"nı 2:1 məğlub edib.

Sabiq “Zirə”li bu görüşdə meydanda olub. 

Qeyd edək ki, "Zirə" braziliyalını 150 min manat qarşılığında Kamboca klubuna satıb. 

 

Xəbər xətti