"Fənərbaxça" Türkiyə Super Liqasının 4-cü turunda doğma meydanda "Beşiktaş"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, ev sahibləri İstanbul derbisinə ciddi itki ilə çıxacaqlar.
Marko Asensio vacib oyunda komandaya kömək edə bilməyəcək. İspaniyalı hücumameyilli yarımmüdafiəçinin adı zədə səbəbindən görüşün heyətinə daxil edilməyib.
Qarşılaşma bu gün keçiriləcək və Bakı vaxtı ilə saaat 21:00-da start götürəcək.
Qeyd edək ki, Marko Asensio cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
