Misli Premyer Liqasının IV turu çərçivəsində doğma meydanda "Şamaxı"nı qəbul edən "Kəpəz" 1:4 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matç haqda fikirlərini bildirib:
“Gözəl azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlubiyyətə baxmayaraq, onlar sonadək bizi dəstəklədilər. Komandanın adından nəticəyə görə üzr istəyirəm, amma futbol belədir: həm qələbələr, həm də məğlubiyyətlər olur. Çempionat yenicə başlayıb və biz səhvlərimiz üzərində işləməli, inkişaf etməyə davam etməliyik. Etiraf etməliyəm ki, komandamız yenidir və hələlik sabitlik çatışmır.
Oyuna yaxşı başladıq, lakin öz səhvlərimiz nəticəsində iki qol buraxdıqdan sonra yenidən qurulmaq bizim üçün çətin oldu. İlk hissədə üstünlük “Şamaxı”nın tərəfində idi. Qarşılaşmanın ikinci hissəsində müəyyən qədər istədiyimiz kimi oynamağı bacardıq və hətta qol da vurduq. Hesabdakı fərqi azalda bilərdik, lakin rəqibin xeyrinə aut təyin olunmasından sonra üçüncü qolu buraxdıq. Halbuki top digər komandanın futbolçusundan çıxaraq aut xəttini keçmişdi. Bu epizod matçın dönüş nöqtəsi oldu və bundan sonra yenidən toparlanmaq çətin idi.”
saytlarin hazirlanmasi
