"Qarabağ"da şok ayrılıq - SON DƏQİQƏ

21:48 - 5 Sentyabr 2026

"Qarabağ"da növbəti ayrılıq yaşanıb. Amma bu ayrılıq daha çox gözlənilməz olub.

Sportal.az saytına daxil olan özəl məlumata görə, Mateuş Koxalski Ağdam təmsilçisinin sıralarını tərk edib.

Əldə etdiyimiz məlumata görə, Mateuş artıq "Qarabağ"dan ayrılmaq üçün rəhbərliklə razılıq da əldə edib.

O, karyerasını böyük ehtimalla Polşada davam etdirəcək.

26 yaşlı qolkiperin "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər idi. Koxalski 2024-cü ildən "Qarabağ"ın qapısını qoruyurdu.

SPORTAL.AZ

 

 

Xəbər xətti