“Ərzurumspor” qalib gəldi, Nəriman Axundzadəyə ehtiyac duyulmadı

20:22 - 5 Sentyabr 2026

Azərbaycan milli komandasının forvardı Nəriman Axundzadənin formasını geyindiyi “Ərzurumspor” Superliqada 4-cü turda “Konyaspor”la qarşılaşıb.

Sportal.az xəbər verir ki, Axundzadənin komandası bu görüşdə qələbə qazanıb.

Eren Tozlu “Ərzurumspor”a 1:0 qalibiyyəti gətirib.

Nərimanın adı iştirak ərizəsində olsa da, ehtiyatda qalıb və ona ehtiyac duyulmayıb. Nərimanın komandası 4 xalla 14-cü pillədədir.

Xəbər xətti