"Sabah"ın forvardı Coy-Lens Mikels Sportal.az saytına açıqlama verib.
O, Misli Premyer Liqasının 4-cü turunda "Zirə" (5:0) üzərindəki qələbəni şərh edib:
"Qalib gəlmək istəyirdik. Beş qol vurmaq daha da təsiredicidir, xüsusilə də “Zirə” kimi komanda ilə görüşdə. Onlar bu mövsüm liqada heç bir oyunda məğlub olmamışdılar. Ona görə düşünürəm ki, bu, bizim tərəfdən çox yaxşı bir mesaj oldu. İndi isə növbəti oyunumuz üçün hazırlaşırıq. Het-trik etməyim məni çox sevindirir. Premyer Liqada het-trik etməmişdim. Ona görə də çox xoşbəxtəm. Üçüncü qolumu vuranda belə qeyd etməyimin səbəbi də budur. Həmin anda çox sevindim. Bəli, mənim üçün xüsusi gündür".
"Sabah"ın əsas forvardı Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turu çərçivəsində səfərdə "Mançester Yunayted"ə qarşı keçiriləcək görüşlə bağlı da fikirlərini bildirib: Qarşıda “Mançester Yunayted”ə qarşı matçımız var. Bəli, bu, tamamilə fərqli oyun olacaq. Ümid edirik ki, topa daha çox sahib olacağıq, çünki topa nəzarət etməyi sevirik. Amma bilirik ki, rəqib “Mançester Yunayted” olduğu üçün oyunda əziyyət çəkəcəyimiz məqamlar da olacaq. Çox çətin olacaq. Amma düşünürəm ki, “Mançester Yunayted”in oynadığı futbol bizim üçün də uyğun olacaq. Çünki Premyer Liqada komandalar əks-hücum futbolu oynayır, meydanın bir başından digər başına sürətli keçidlər olur. Ona görə də “Mançester Yunayted”ə qarşı necə oynayacağımızı görmək çox maraqlı olacaq. Neçə xal toplayacağımıza gəldikdə, Bilmirəm, oyun-oyun düşünəcəyik. Amma ilk olaraq “Mançester Yunayted”lə qarşılaşmamız var. Ondan sonra "Slaviya" ilə qarşılaşacağıq. Ona qədər isə kifayət qədər vaxtımız olacaq. Ona görə də bacardığımız qədər yaxşı hazırlaşacağıq və ümid edirəm ki, bir neçə oyunda qalib gələ biləcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi
