"Qarabağ" və "Kəpəz"də oynamış veteran futbolçu vəfat etdi

10:18 - 7 Sentyabr 2026

Azərbaycan futboluna ağır itki üz verib.

Sportal.az xəbər verir ki, veteran futbolçu Mehman Hacıyev vəfat edib.

O, 52 yaşında xəstəlikdən dünyasını dəyişib.

“Kəpəz”dəki çıxışları ilə tanınmış Hacıyev bu komanda ilə iki dəfə Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb.

Mərhum müdafiəçi “Turan” və “Qarabağ”da da oynayıb.

Xəbər xətti