İtaliya klubu sabiq baş məşqçisini geri qaytarmağa hazırlaşır

11:18 - 7 Sentyabr 2026

Fabio Qrossonu baş məşqçi postundan uzaqlaşdıran “Fiorentina” Paolo Vanoli ilə danışıq aparır.

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, Florensiya təmsilçisi Vanoli ilə danışıq aparır və hazırda razılıq əldə edilib. 

İtaliyalı mütəxəssis komandanı 2025/2026 mövsümündə çalışdırıb. Qrossonun rəhbərliyi altında isə komanda ilk üç turda uduzub və hazırda sonuncu pillədə qərarlaşıb.

Vanoli "Torino", "Venetsiya" və "Spartak” (Moskva) klublarında işləyib. 
 

Xəbər xətti