"Fərdi nailiyyətlər baxımından "Qızıl top” çatışmır ki, hər kəs tərəfindən tanınmış olum"

00:41 - 7 Sentyabr 2026

PSJ və İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis “Qızıl top”u qazanmaq ehtimalı barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Ruis "Telefoot"a müsahibəsində bunları qeyd edib:

“Hər bir futbolçu bu mövsüm və əvvəlki mövsümlərdə gördüyü bütün ağır əməyin qarşılığında fərdi mükafat almağı arzulayır. Mənə çoxlu komanda titulları, eləcə də bir neçə fərdi mükafat qazanmaq nəsib olub. Amma niyə bu il həqiqətən möhtəşəm olan bu kuboka mümkün qədər yaxınlaşmaq barədə xəyal qurmayım? Mənim üçün “Qızıl top”u qazanmaq şərəf olardı.

Diqqət mərkəzində olmağı sevmirəm, amma düşünürəm ki, bu il buna haqqım çatır. Çünki keçirdiyim mövsümü, gördüyüm işi və qazandığımız titulları nəzərə almaq lazımdır. Komanda səviyyəsində hər şeyi qazanmışam. Dünya səhnəsində fərdi nailiyyətlər baxımından isə yalnız “Qızıl top” çatışmır ki, hər kəs tərəfindən tanınmış olum”.

Xəbər xətti