"Qarabağ"a qarşı belə oyunumuz növbəti matçlar üçün stimuldur" - "Araz-Naxçıvan"ın baş məşqçisi

22:38 - 6 Sentyabr 2026

Misli Premyer Liqasının IV turu çərçivəsində səfərdə "Qarabağ"ın qonağı olan "Araz-Naxçıvan" 2:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Zaur İsmayılov matç haqda fikirlərini bildirib:

"Rəqibi təbrik edirəm. Maraqlı və gərgin oyun keçdi. Erkən qol buraxdıq, ikinci hissədə fərqi minimuma endirsək də, bərabərlik qolunu vura bilmədik. "Neftçi" ilə matçda da 2 qol buraxdıq və sonra toparlana bilmədik. Çempionatda ilk qollarımızı vurduq. Bu amil də sevindiricidir. "Qarabağ"a qarşı belə oyunumuz növbəti matçlar üçün stimuldur".

Orxan Həsənquluyev

Xəbər xətti