“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda "Mançester Yunayted"lə səfər oyunu üçün planları açıqlanıb.
Sportal.az xəbər verir ki, “bayquşlar" sabah saat 15:00-da çarter reysi ilə Mançesterə uçacaq.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas sentyabrın 9-da Bakı vaxtı ilə saat 22:30-da mətbuat konfransı keçirəcək. Ardınca yarım saat sonra komandanın son məşqi keçiriləcək.
"Mançester Yunayted" - "Sabah" matçı sentyabrın 10-da "Old Trafford"da keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
