"Barselona"dan ötən mövsümdə rekord gəlir - zərəri açıqladı

00:23 - 8 Sentyabr 2026

“Barselona” rekord gəlir əldə etməsinə baxmayaraq, ötən mövsüm üçün zərəri açıqlayıb.

Sportal.az xəbər verir ki, daha əvvəl Kataloniya klubu 2025/26 mövsümündə rekord gəlir əldə etdiyini -1 milyard avrodan çox açıqlamışdı.

Kataloniya klubu ardıcıl üçüncü ildir zərər qeydə alır. Klubun gəliri 1,06 milyard avro təşkil etsə də, maliyyə ili 18 milyon avro zərərlə başa çatıb. Sentyabrın 19-da klub üzvləri ümumi toplantıda maliyyə hesabatını təsdiqləməlidirlər.

“Barselona” ötən il olduğu kimi, zərərin aradan qaldırıldığını bildirir. Klubun fikrincə, əsas fəaliyyət üzrə gəlirlər mənfəət göstərsə də, fövqəladə xərc maddələri maliyyə göstəricilərinə mənfi təsir göstərməkdə davam edir.

Əsas problem №Barça Productions" şirkətinin dəyərinin silinməsi ilə bağlıdır. Klubla əlaqəli bütün audiovizual, rəqəmsal və əyləncə məzmununun yaradılması, yayılması və kommersiyalaşdırılmasına tam cavabdeh olan bu media şirkətinin dəyəri başa çatan maliyyə ilində 23 milyon avro azaldılıb. Nəticədə şirkətin ümumi dəyəri 116 milyon avro təşkil edib.

Növbəti mövsümdə Kataloniya klubu "Barça Productions" şirkətindəki payına görə aktivin dəyərini daha 90 milyon avro azaldaraq ümumi məbləği 178 milyon avroya endirdi. Hazırda “Barselona”nın şirkətdəki payı 63 faiz təşkil edir.

Bu problemin həlli ya "Barça Productions" şirkətinin dəyərinin artırılması, ya da yeni investorların cəlb edilməsi ola bilər. Lakin ikinci variantın reallaşması az ehtimal olunur. Bu baş verənə qədər “Barselona” aktivin dəyərini tədricən azaltmağa davam etməli olacaq.

Xəbər xətti