"Qızıl Top"a namizədlər arasında olduğum üçün xoşbəxtəm" - Harri Keyn

18:26 - 7 Sentyabr 2026

Harri Keyn "Qızıl Top"u qazanmaq şansları barədə danışıb.

Sportal.az xəbər verir ki, "Bavariya"nın ingiltərəli hücumçusu yaşıl meydanda əlindən gələni etdiyini, nəticənin isə səsvermədə iştirak edənlərdən asılı olacağını bildirib:

​"Əlbəttə, artıq bu, mənim əlimdə deyil. Hər şey seçicilərdən və bu qərarı qəbul edən şəxslərdən asılıdır. Keçirdiyim mövsüm, şübhəsiz ki, karyeramın ən yaxşısı idi. Ona görə də bizə sadəcə gözləmək qalır. Namizədlər arasında olduğum üçün xoşbəxtəm. Nə baş verəcəyini görmək üçün gözləməliyik".

Qeyd edək ki, Harri Keyn ötən mövsüm klub və milli komandanın heyətində 73 qol vurub. 33 yaşlı forvardı bu göstəriciyə görə yalnız 2011/12 mövsümündə 82 dəfə fərqlənən Lionel Messi qabaqlayıb.

Xəbər xətti