"Kəpəz"in kapitanı zədələndi

15:13 - 9 Sentyabr 2026

"Kəpəz"in kapitanı Dioqo Verdaska bu gün məşqdə zədələnib.

Sportal.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı müdafiəçinin sentyabrın 12-də "Qəbələ"yə qarşı oynayıb-oynamayacağı tibbi müayinənin nəticəsindən sonra məlum olacaq.

Qeyd edək ki, Dioqo Verdaska cari mövsümdə "Kəpəz"in keçirdiyi 3 oyunun hamısında 90 dəqiqə meydanda olub.

Xəbər xətti