Koxalski "Qarabağ"dan bu kluba getdi - FOTO

14:22 - 8 Sentyabr 2026

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski karyerasını ölkəsində davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Veçista" polşalı qolkiperi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Krakov təmsilçisi 26 yaşlı "əlcək sahibi" ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Qarabağ" Mateuş Koxalskini 2024-cü ilin yayına Polşanın "Stal" klubundan transfer etmişdi. O, komandanın heyətində meydana çıxdığı 76 rəsmi matçda 87 qol buraxıb. Polşa millisinin üzvü 28 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.


Xəbər xətti