Səudiyyə Ərəbistanı klubu Zubiri sifariş edə bilmədi, "Qarabağ"ın təzminatını ödəyəcəklərmi? - TƏFƏRRÜAT

16:31 - 9 Sentyabr 2026

“Qarabağ”ın sabiq kapitanı Abdulla Zubirin Səudiyyə Ərəbistanının "Əl-Orobah” klubuna transferi baş tutmayıb. Milli liqa 34 yaşlı fransız futbolçunun müqaviləsini təsdiqləməyib.Səbəb kimi klubun maliyyə problemləri göstərilir. 

Mətbuatda yayılan xəbərlərə görə, "Qarabağ" bu keçiddən 1,5 milyon avro qazanmalıydı. Ortaya sual çıxır ki, transfer baş tutmayıbsa, Zubir gerimi qayıdacaq, ödənişlə bağlı durum necə tənzimlənəcək. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, "Qarabağ" Zubiri azad agent kimi buraxıb, ona görə qarşı tərəfdən pul almayıb. Belədə azad agent statusu alan Zubir gələcəyi ilə bağlı qərar verməkdə sərbəstdir. 

Xəbər xətti