"Srvena Zvezda"nın sabiq futbolçusu "Neftçi"yə keçə bilər

17:15 - 9 Sentyabr 2026

"Neftçi" daha bir transferə hazırlaşır.

Sportal.az xəbər verir ki, bu iddianı tanınmış "Transfermarkt" saytı ortaya atıb.

"Ağ-qaralar"ın Macarıstanın "Gyor Eto"nun üzvü Jelko Gavriçlə maraqlandığı iddia edilir. Bu keçidin baş tutub-tutmayacağı yaxın günlərdə dəqiqləşəcək. 

Serbiyalı yarımmüdafiəçi "Srvena Zvezda"nın yetirməsi və sabiq futbolçusudur. 25 yaşlı vinger bununla yanaşı, “Ferentsvaroş”, “Dunayska Streda” komandalarında da çıxış edib.

Xəbər xətti