Almaniya millisinin müdafiəçisi Premyer Liqa nəhənglərinin hədəfində

14:55 - 11 Sentyabr 2026

"Ştutqart"ın müdafiəçisi Finn Yeltş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, üç klub almaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Fussballdaten" portalı məlumat yayıb.

"Arsenal", "Liverpul" və "Mançester Yunayted" Yeltşi transfer etmək istəyir. Klubu 20 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Ştutqart" Finn Yeltşi 2025-ci ilin fevralında "Nürnberq"dən 9,5 milyon avroya transfer edib. Almaniya U-21 millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti