"Kəpəz" - "Qəbələ" matçına nə qədər bilet satılıb?

15:38 - 10 Sentyabr 2026

Sentyabrın 12-də Misli Premyer Liqasının V turu çərçivəsində “Kəpəz” və “Qəbələ” komandaları arasında keçiriləcək oyuna bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, qarşıdakı görüşə indiyə qədər 3500 bilet satılıb. Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbol həvəskarları biletləri həm iticket.az saytı vasitəsilə, həm də matçın baş tutacağı Gəncə Şəhər Stadionunun kassalarında əldə edə bilərlər. Biletlərin qiyməti 2-20 manat arasında dəyişir.

Oyun günü stadionun qapıları start fitindən 1,5 saat öncə – saat 16:00-da açılacaq.

Xəbər xətti