"Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında keçirdiyi mövsümlərin sayına görə alman futbolçular arasında rekord müəyyənləşdirib.
Sportal.az xəbər verir ki, 40 yaşlı qapıçı ümumi mərhələnin 1-ci turunda “Bodo-Qlimt”lə oyuna start heyətində çıxıb.
2026/27 mövsümü Noyer üçün ÇL-də 18-ci mövsümdür. Qapıçı Avropa Çempionlar Kuboku da daxil olmaqla, turnir tarixində alman futbolçular arasında yeni rekorda imza atıb. O, 17 mövsüm keçirən Tomas Mülleri geridə qoyub.
saytlarin hazirlanmasi
