"Çelsi"nin sabiq futbolçusu Kolumbiya klubunda

16:49 - 11 Sentyabr 2026

Xuan Kuadradonun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək.

Kuadrado "Milyonarios"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı vingerlə 2027-ci ilin 30 iyun tarixində kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Xuan Kuadrado son olacaq İtaliyada "Piza"nın formasını geyinib. Təcrübəli oyunçu daha əvvəl "Çelsi", "Yuventus", "İnter" kimi klublarda çıxış edib.

Xəbər xətti