"Fənərbaxça" və “Trabzonspor”nın təklifindən imtina edən Riçarlison ölkəsinə geri qayıda bilər.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu “Botofaqo”ya keçməyə hazırlaşır.
“Tottenhem”də qalmaq istəməyən Riçarlison ölkəsinə yollanmaq üçün klub rəhbərlikdən onu buraxmalarını xahiş edib.
“Amerika Mineyro”, “Uotford”, “Everton” klublarında oynamış hücumçu 2022-ci ildən “Tottenhem”in formasını geyinir.
