Tanınmış hücumçu Çempionşip klubunda

15:20 - 12 Sentyabr 2026

Qətərin "Əl-Sailiyə" klubundan ayrılan Maykl Antonio İngiltərəyə qayıdıb.

Sportal.az xəbər verir ki, yamaykalı hücumçu "Uotford"la anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı forvard Çempionşip təmsilçisi ilə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Maykl Antonio 2015-2025-ci illərdə İngiltərənin "Vest Hem" klubunun formasını geyinib.

Xəbər xətti