"Əl-Hilal" Neveşə edilən təxribatlara görə rəqib azarkeşlərdən şikayət etdi - Jotanın adını çəkiblər

13:28 - 14 Sentyabr 2026

"Əl-Hilal" ölkə çempionatının 7-ci turunun matçı zamanı "Əl-Taavun" azarkeşlərinin bir hissəsinin davranışı ilə bağlı Səudiyyə Ərəbistanı Futbol Federasiyasına rəsmi şikayət ünvanlayıb.

Sportal.az xəbər verir ki, oyun "Əl-Hilal"ın 6:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma zamanı meydan sahibilərinin fanatları qonaqların yarımmüdafiəçisi Ruben Neveşi təxribata çəkməyə çalışaraq bir neçə dəfə Dioqo Jotanının adını səsləndiriblər.

​Neveş və Jota uzun illər yaxın dostluq münasibətləri saxlayıblar. Futbolçular birlikdə "Portu", "Vulverhempton" və Portuqaliya millisində çıxış ediblər.

​Dioqo Jota 2025-ci il iyulun 3-də İspaniyada faciəli şəkildə həlak olub. Avtomobil qəzasında futbolçu ilə yanaşı, onun kiçik qardaşı Andre Silva da həyatını itirib.

​"Əl-Hilal" "Əl-Taavun" azarkeşlərinin davranışını yolverilməz hesab edir və şikayətinin Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən nəzərdən keçirilməsini gözləyir.

Xəbər xətti