“İnter Mayami”nin yarımmüdafiəçisi və kapitanı Lionel Messi bu mövsüm MLS -də bombardirlər siyahısında 19 qolla ilk yerdədir.
Sportal.az xəbər verir ki, 39 yaşlı futbolçu "Neşvill"lə 2:2 hesablı heç-heçədə 19-cu qolunu vurub.
Bu qol səkkizqat "Qızıl top" mükafatçısının karyerasının 928-ci qolu olub.
Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində argentinalı bütün yarışlarda 114 oyunda meydana çıxıb, 99 qol vurub və 57 məhsuldar ötürmə edib.
Onun bu klubla müqavilə müddəti 2028-ci ilin sonuna qədərdir. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.
