Vüsal İsgəndərlidən cari mövsümdə 4-cü qol

00:35 - 15 Sentyabr 2026

Kosovoda futbol üzrə Superliqanın 6-cı turu başa çatıb.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İskəndərlinin çıxış etdiyi “Malishevo” səfərdə “Lapi” ilə qarşılaşıb. Görüş qonaqların 4:0 hesablı darmadağın qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan İskəndərli 41-ci dəqiqədə komandasının bu oyundakı ilk qolunu vurub. Bu qol 30 yaşlı futbolçunun cari mövsümdə Superliqada 4-cü qolu olub.

Hazırda “Malishevo” 13 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti